azia.az
azia.az

“Space” TV-nin yeni rəhbəri kimdir? - DOSYE

15-02-2021, 15:49

“Space” TV-nin yeni rəhbəri kimdir? - DOSYE

Space TV-yə yeni rəhbər təyin olunub.

AZİA.az-ın məlumatına görə, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.

K.Şahverdiyev əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkənidir. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə "Space” TV-nin icracı direktoru vəzifəsində çalışıb.

O, vaxtilə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub. "Gülağa Məmmədov”, "Havalansın xanın səsi”, "Hər şey olduğu kimi. Rəşid Behbudov”, "Əminə Dilbazi”, "Lütfiyar İmanov”, "Tofiq Bakıxanov”, "Sara Qədimova” və s. kimi filmlərin çoxunun ssenari müəllifi və musiqi redaktoru məhz Kamil Şahverdiyevdir.

“Space” TV-nin yeni rəhbəri kimdir? - DOSYE

Həmçinin o, Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.

Kamil Şahverdi 2017-ci ildə Rəşid Behbudovla bağlı yaradılmış "Rashid Behbudov Official” rəsmi "Youtube” kanalının direktoru olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi