azia.az
azia.az

Rusiyada ayı ovçunu parçalayaraq öldürüb

6-05-2019, 12:15

Rusiyanın Kamçatka regionundakı çaylardan birində ayı kişiyə hücum edib.

"Report" "Kamçatka-İnform"a istinadən xəbər verir ki, faciə Ust-Bolşerets rayonunda, Utka və Mitoqa çayları arasında baş verib.

Bildirilir ki, kişi təkbaşına ova çıxıb və itkin düşüb. Sonradan məlum olub ki, ovçunu ayı parçalayıb. Bir müddətdən sonra yaxınlıqda ov edən yerli sakinlər kişinin meyitini aşkar ediblər.

Hadisə yerinə gələn mütəxəssislər yırtıcını faciənin baş verdiyi yerin yaxınlığında görüblər və onu güllələmək məcburiyyətində qalıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi