azia.az
azia.az

Cəmi bir tərəvəzin şirəsi ilə xərçəngdən qurtulan qadın - Real hekayə

15-05-2019, 09:23


Kök şirəsi səkkiz ay ərzində qadını bağırsaq xərçəngindən sağaldıb.

Uşaq yazıçısı Enn Kamerona yoğun bağırsağında xərçəngin olması diaqnozu qoyulan zaman o bərk sarsılıb. 2012-ci ilin iyun ayında onun xəstəliyi təhlükəli, yəni üçüncü mərhələyə çatmışdı. Bunları xatırlayan Enn Kameron yazır:
Cəmi bir tərəvəzin şirəsi ilə xərçəngdən qurtulan qadın - Real hekayə
"Məndə yoğun bağırsaqda xərçəngin üçüncü mərhələsi idi. Lakin mən kimyaterapiyadan imtina etdim. Çünki ərim ağciyər xərçəngindən 2005-ci ildə kimyaterapiya başlananda ölmüşdü. Digər tərəfdən isə mən xəstəxanada ölmək istəmirdim, üstəlik özümü yaxşı hiss edirdim. Lakin altı aydan sonra xərçəng ağciyərlərimə də yayıldı və onun dördüncü - ən yüksək mərhələdə olduğu təsdiq edildi. Məlumdur ki, kökün tərkibində xərçəng şişlərinin inkişafının qarşısını alan karotin maddəsi var. Həmin vaxt əlimə bir yazı keçdi. Orada dəri xərçəngi diaqnozu qoyulmuş bir kişinin gündə təxminən iki litr artıq kök şirəsi içməklə özünü müalicə etdiyi bildirilirdi. Qərara gəldim ki, bunu mən də sınayım"

E.Kemeron kök şirəsini içməyə başlayandan sonra səkkizinci həftədə onun orqanizmində şişin inkişafı dayanıb. Dörd aydan sonra şiş kiçilməyə başlayıb və onun ağciyərləri xərçəngdən təmizlənib. Səkkiz aydan sonra isə həkimlər xərçəngin tamamilə yoxa çıxdığını bildiriblər. Bunu bir neçə klinikanın müayinəsi təsdiqləyib.

E.Kemeron bu barədə yazdığı "Kökün köməyi ilə xərçəngin müalicəsi” adlı kitabı çox yaxşı satılır.

Kökün belə effektli olması tapmaca kimi qalır. Hələlik bir şey aydındır: xərçəng ölüm hökmü deyil, ənənəvi təbabətlə yanaşı, təbii dərmanlardan istifadə edilməsinə isə heç nə mane olmur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi