azia.az
azia.az

Yumurta qabıqlarını atmamaq üçün 5 səbəb – Bu xəstəliklərdə faydası çoxdur

15-05-2019, 09:23


Heç fikir vermisizmi, ay ərzində nə qədər çox yumurta qabığı atırsız.

Onları zibilliyə atmaq bəlkə də insanların ən böyük səhvlərindən biridir. Halbuki dədə-nənələrimiz onları yığar, qurudar, üyüdər, istifadə edərdilər.
Onlardan bitki və ev heyvanları üçün kalsium əlavəsi, həmçinin özləri üçün müalicə məqsədləri üçün istifadə edərdilər.
Yumurta qabıqlarını atmamaq üçün 5 səbəb – Bu xəstəliklərdə faydası çoxdur
Milli.Az medicina.az-a istinadən bundan sonra istər çiy, istər bişmiş yumurta qabıqlarını atmamağınız üçün 5 səbəbi təqdim edir.

1.Bu xəstəlikləri sağalda bilərsiz

Kariyes, osteoporoz - sümük əriməsi, sümük zəifləməsi, onurğa problemləri, damaq qanaxması, əsəb-sinir, allergiya. Hətta astma tutmaları olan xəstəyə də yumurta qabığı faydalıdır. Eləcə də 12 barmaq bağırsağın xorasında yumurta qabıqları üyüdülmüşü müalicəvi təsir edir. Kimin ishalı varsa, bu vasitəni qəbul etsin.

2.Kalsium çatışmazlığında

Yumurta qabığı təbii kalsium mənbəyidir. Yalnız yumurta qabığında olan kalsium orqanizm tərəfindən tam mənimsənilir. Çünki yumurta qabığının tərkibi insan sümük və dişlərinin tərkibi ilə eynidir. Belə ki, sümük əriməsi olan, kalsium çatışmazlığı olan qadınlara, uşaqlara, eləcə də hamiləlikdən oncə qadınlara elə yumurta qabığı üyüdülmüşü ilə kalsium ehtiyatını artırmaq tövsiyyə olunur.

3 yaşa kimi uşaqların sümük sistemi formalaşdığı üçün təbii kalsium mənbəyi kimi onlara da bu vasitəni vermək olar. Yumurta qabığı raxit, anemiya, diatez zamanı da effektivdir.
3.Orqanizmi radioaktiv maddələrdən təmizləyir

Zamanla ətraf mühitdən bədənimizə radionuklidlər toplanır. Orqanizmdən çıxarılmasa, çox böyük fəsadları olur. Bu məqsədlə də yumurta qabığı tozu bir neçə həftə çay qaşığının ucunda qəbul olunmalıdır.

4.Dırnaq, diş və saçları möhkəmləndirir

Əgər saçlarınız, dırnaqlarınızın sağlam, möhkəm olmasını istəyirsizsə, həftədə 2 dəfə yumurta qabığı tozunu çay qaşığının 3/1 i miqdarda qəbul edin.

5.Çaydan və termosları təmizləyin

Ərpdən təmizləmək üçün qabın içinə yumurta qabığı tozu səpin, yarıya kimi su alıb yaxşıca çalxalayın və səhərə kimi qalsın. Səhəri çaydan tərtəmiz olacaq. Bu üsulla soba və tavaları da təmizləyə bilərsiz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi