azia.az
azia.az

Bu şəxslərə çiyələk yemək olmaz

3-05-2021, 14:41


Ən dadlı və ləzzətli giləmeyvələrdən biri olan çiyələyin bəzi ziyanlı xüsusiyyətləri də var.
Bu şəxslərə çiyələk yemək olmaz
Bu xüsusiyyətlərə görə bəzi insanlara çiyələkdən imtina etmək və ya onun istehlakını minimuma (gün ərzində 1-2 giləmeyvə) azaltmaq lazımdır. Hansı xəstəliklər və pozulmalar zamanı çiyələk orqanizmə ziyan vura bilər?

1. Çiyələk tez-tez allergiyaya səbəb olur.
2. Mədə və 12 barmaq bağırsağı xorası, qastrit, qastroduodenit zamanı çiyələk insana ziyan vura bilər.
3. Çiyələk podaqra və oynaq xəstəliklərindən əziyyət çəkənlər üçün ziyanlı sayılır.
4. Böyrək xəstəlikləri, iltihabları, böyrək daşı xəstəliyi zamanı bu giləmeyvənin istehlakı arzuolunan deyil.
5. Mütəxəssislər kiçik yaşlı uşaqlara çiyələk verməyi tövsiyə etmirlər. Həmçinin bu hamilə qadınlara da aiddir.

Ümumiyyətlə hətta sağlam insan bir dəfəyə 100 qr-dan çox çiyələk yeməməlidir.
Çiyələyi soda əlavə olunmuş suda 15-20 dəqiqə islatmaq və sonra axar suyun altında yaxşı yumaq lazımdır. Yalnız bu halda çiyələyi pestisid, torpaq hissəcikləri, qurd yumurtaları və s.-dan təmizləmək mümkündür.///azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi