azia.az
azia.az

Yasa qərq olan qu quşuna görə onlarla qatar yolda qaldı - FOTO

5-01-2021, 12:06

Yasa qərq olan qu quşuna görə onlarla qatar yolda qaldı - FOTO

Almaniyada onlarla qatar dəmir yolunun üzərində yas tutan qu quşuna görə hərəkətini dayandırmaq məburiyyətində qalıb.

Bu barədə “Azia.az” xəbər yayıb.

Hadisə Kassel və Qettinqeni birləşdirən yüksək sürətli dəmir yollarında baş verib.

İki qu quşu dəmir yolunun ərazisinə girib, onlardan biri, ehtimal ki elektrik vurması səbəbindən ölüb.

Bundan sonra ikinci qu quşu yoldaşının ölüm yerini tərk etməkdən imtina edib. Onu uzaqlaşdırmaq cəhdləri uğursuzluqla nəticələnib.

Sonda quş yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın istifadəsi ilə yerindən qaldırılıb.

Xilasetmə əməliyyatı səbəbindən 23 qatar təxminən 50 dəqiqə yolda qalıb.

Qu quşu daha sonra Fulda çayında sərbəst buraxılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi