azia.az
azia.az

Noutbukların qızmasının qarşısının alınma üsulları açıqlanıb

4-12-2020, 10:52

Noutbukların qızmasının qarşısının alınma üsulları açıqlanıb

“Business Insider” jurnalı noutbukların qızmasının qarşısını almaq və dizüstü cihazlara qulluqla bağlı altı dəyərli məsləhət verib.

İlk olaraq bildirilir ki, noutbukların ventilyasiya dəlikləri izlənməli və prosessor çox yüklənməməlidir. Belə ki, havalandırma dəlikləri açıq qalmalıdır, yoxsa ora kifayət qədər hava daxil olmayacaq. Bunun üçün ən yaxşısı cihaz möhkəm bir səthin üstünə qoyulmalıdır. Bundan əlavə xüsusi soyutma yastığından istifadə oluna bilər.

Eyni zamanda prosessoru və onun komponentlərini daha sürətli işləməyə və çox isinməyə məcbur edəcək resurs tələb edən proqramlardan istifadə etməmək də yaxşıdır.

Həmçinin, komponentlərində yükü azaltmaq üçün noutbukun performans parametrləri dəyişdirilə bilər.

Bundan başqa dizüstü kompüterlərdə dəliklərin çirkliliyinə də diqqət yetirilməlidir. Ora toz yığılıbsa, təmizlənməlidir.

Nəhayət, cihazın soyuması üçün onu bir müddət söndürmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi