azia.az
azia.az

Ekspert hansı smartfonun əldə partlaya biləcəyini açıqladı

18-10-2020, 12:04


Ekspert hansı smartfonun əldə partlaya biləcəyini açıqladı
Batareyada problemi olan hər hansı bir smartfon əlinizdə partlaya bilər. Partlayış su ilə təmasdan, zərbə və ya uzun müddət şarjdan baş verə bilər.
Ekspert hansı smartfonun əldə partlaya biləcəyini açıqladı
“Praym”ın məlumatına görə, bu barədə Rusiyanın “İntellektual Ehtiyat” şirkətinin direktoru Pavel Myasoyedov xəbərdarlıq edib.

“Çox vaxt “Samsung” şirkətinin smartfonları partlayır, hansı ki, bu fonda yaranan təlaşla əlaqədar bütün “Galaxy Note 7” telefonlarını satışdan çıxarmaq məcburiyyətində qalmışdı. “Apple” məhsullarının istifadəçilərin əlində partladığı hallar da olub və bu təkcə “iPhone”larda deyil, “iPad”lərdə də baş verib”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, belə bir hadisənin qarşısını almaq üçün cihazın batareyasına mənfi təsirin qarşısı alınmalıdır.

“Yəni cihazı çox qızdırmaq və ya əymək olmaz, uyğun olmayan şarj cihazı istifadə etməyin, smartfonu uzun müddət şarjda saxlamayın və sərt bir səthə salmayın. Əgər bunlardan biri baş verərsə və telefonun içindəki batareya şişibsə, batareyanın təcili olaraq dəyişdirilməsinə ehtiyac var”, - deyə Myasoedov sözlərini yekunlaşdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi