azia.az
azia.az

Dövlət Komitəsinin keçmiş rəhbəri ərəbə atdı və... susur

18-05-2019, 14:59


Ötən ayın əvvəlində virtualaz.org-da “Dövlət Komitəsinin keçmiş rəhbəri dubaylı iş adamına 1,6 milyon dollar atdı” başlıqlı yazı dərc olunmuşdu və nəinki Azərbaycan ictimaiyyətində, ölkədən kənarda da rezonansla qarşılanmışdı. Misal üçün, məqalədə qoyulan suallar BƏƏ-nin Bakıdakı səfirliyində böyük maraq doğurmuşdu. Redaksiyaya cavabda səfirlikdən bildirilmişdi ki, məqalədə göstərilən faktlar ciddi şəkildə öyrənilir və tezliklə bu ərəb ölkəsinin nümayəndəliyi konkret işlərə başlaya bilər.Dövlət Komitəsinin keçmiş rəhbəri ərəbə atdı və... susur
Lakin əhvalatın baş “qəhrəmanı”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, məşhur teoloq-alim Rafiq Əliyev bu yazıya reaksiya vermədi. Düşünmək olardı ki, jurnalistlərin çoxsaylı suallarını operativ və savadlı şəkildə cavablandıran bu cür ciddi şəxs az tanınan dubaylı iş adamının ona ünvanlanmış ittihamlarını cavabsız qoya bilməz. Ələlxüsus da, ittihamlar heç də teoloji mövzularda deyil, daha çox cinayət xarakterli idilər və burada həqiqətin harada olması ilə bağlı baş sındırmaq elə də tələb olunmurdu. Doğrudur, bu cür ciddi adam elə səviyyədə cavab verməli idi ki, bu mövzuya bir də qayıtmağa lüzum yaranmasın. Lakin sadə bir suala cavab verə bilmək üçün kifayət qədər vaxt keçib: cənab Əliyev uzaq Dubaydan olan sahibkara atıb, ya yox? Buna görə də, biz bu məsələyə qayıtmağa qərar verdik, eyni zamanda Dövlət Komitəsinin keçmiş rəhbərinin yadına salırıq ki, KİV-in çıxışını qulaqardına vurmaq alimə yaraşmaz. Xüsusilə o halda ki, keçmiş dissertant öz elmi rəhbərini... pulların mənimsənilməsində ittiham edirsə.
Oxucularımıza aydın olsun deyə, mənşəyində elə məhz teoloji müzakirələrin durduğu bu kriminal əhvalatı qısaca olaraq xatırladaq. İsa Məhəmməd Salih də alim-teoloqdur və 1996-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, elmi rəhbəri isə Azərbaycanda və onun hüdudlarından kənarda məşhur olan teoloq-alim Rafiq Əliyev olub. Əliyev o zaman Dini İşlər üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tuturdu. Elmi müzakirələrin fasilələrində tərəflər razılığa gəliblər ki, Bakıda İslam Universitetinin tələbələri üçün yataqxana tiksinlər. Layihədə pay bölgüsünü və gəlirin necə bölüşdürüləcəyini razılaşdırıblar. Tərəflər öhdəliklərini 15 iyun 1997-ci il tarixli müqavilə ilə təsdiqləyiblər.
Lakin yataqxananın yerində - Bakının mərkəzində “İrşad” oteli ucaldılıb ki, bunun da nə islama, nə də ümumiyyətlə dinə heç bir aidiyyatı yoxdur. Hardasa iki il ərzində ərəb layihəyə yatırdığı 1,6 milyon dollar payın müqabilində gəlirdən öz hissəsini alıb. Ona cəmi 190 min dollar ödənilib. Lakin 2002-ci ildən sonra pul axınının qarşısı kəsilib, Əliyevin telefonu onun üçün susub, bütün sualları cavabsız qalıb. Otel də, ondan gəlirlər də sanki itib-batıb. İsaya isə məsləhət görüblər ki, bu cür böyük adama baş qoşmasın və Azərbaycanda onun gücü çatar ki, günahsız adamı da həbs etdirsin.
Lakin ərəb investorun oğlu daha inadcıl olub, halbuki o da məmur özbaşınalığı və aşkar laqeydliklə üzləşib. Özü də ilk olaraq ona elə həmin Rafiq Əliyev atıb. Əliyev İsanın oğluna söz verib ki, dalınca maşın göndərəcək, lakin gənc xeyli gözləyəndən sonra atasının “dostu və həmkarı”na zəng etməyə cəhd edib və Azərbaycan qonaqpərvərliyi onu düz DİN-ə gətirib. Əliyevdən fərqli olaraq, müstəntiq Fikrət Məmmədov onu atası ilə birlikdə qəbul edib və bir neçə saat ərzində sorğu-sual edib. Müstəntiq ərəblərə kömək edəcəyinə söz verib. Lakin bundan sonra onun da telefonu zənglərə cavab verməyib.

İnvestorlar anlayışı yalnız virtualaz.org-un redaksiyasında tapıblar. Burada onları diqqətlə dinləyiblər və hətta adı çəkilən müstəntiqlə əlaqə yaratmalarına da kömək ediblər. Lakin o, bu dəfə də həmin cinayət xarakteri daşıyan işi uzatmağa cəhd edib. O ki qaldı Rafiq Əliyevin özünə, biz son günə kimi ondan cavab almağa ümid edirdik ki, həmin cavab bütün bu əhvalata son qoya bilərdi. Lakin görünür, o, çox bərk məşğuldur və KİV-in çıxışlarına da cavab verməyə vaxt tapa bilmir. Düşünürük ki, bu əhvalatla hüquq-mühafizə orqanlarının sıx şəkildə məşğul olmalarına dəyər. Amma müstəntiq Məmmədov kimi deyil, daha dəqiq və prinsipial şəkildə. Elə ki, nə bizim oxucularımızda, nə də ərəb ölkələrində daha sual qalmasın.

Elnur Məmmədov

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi