azia.az
azia.az

"Səfirliklər Azərbaycan vətəndaşlarının pulunu mənimsəyirlər"- Fazil Mustafa

17-05-2019, 17:07

"Səfirliklər Azərbaycan vətəndaşlarının pulunu mənimsəyirlər"- Fazil Mustafa
Bir sıra səfirliklər Azərbaycan vətəndaşlarının Şengen vizası almaq üçün ödədiyi pulu mənimsəyirlər.Bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün səfirliklərə müraciət edirlər:"Ancaq miqrasiya məsələləri ilə bağlı Avropa ölkələri vizanı müraciət edən kimi vermirlər. Vətəndaşın ödədiyi pulu səfirliklər mənimsəyir. Bütün sahədə çalışmalıyıq ki, boşluqları dolduraq”.
Deputat həmçinin hava limanlarına giriş üşün taksilərin ödədiyi rüsuma da toxunub. F. Mustafa bildirib ki, hava limanına metro getmir, ona görə də vətəndaş məcbur taksiylə ora getməlidir: "Bir taksiylə 10 dəqiqə girib çıxmağa görə pul ödənilməməlidir”.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə millət vəkilinə iradını bildirib:"Fazil müəllim, dediklərinizin müzakirə olunan məsələyə nə dəxli var axı?! Bu fikirlərinizi "Facebook”da, "Tvitter”də, mediada deyə bilərsiniz. Axı, bu məsələlərin qanun layihəsinə heç bir aidiyyatı yoxdur?! Xahiş edirəm, müzakirə olunan məsələ barədə danışın. Sanki çoxunuz ürəyinizi boşaltmaq istəyirsiniz”.
Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da öz növbəsində birinci vitse-spikerlə razılaşmayıb:
"Axı, elə məsələlər var ki, onları sosial şəbəkələrdə, "Facebook”da demək o qədər də səmərəli olmur. Həm də bura Milli Məclisdir, millət vəkilləri onları, xalqı narahat edən məsələləri məhz burada deməlidirlər. Bu, bizim hüququmuzdur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi