azia.az
azia.az

"Azərbaycanda başqa yatırımım yoxdur və, rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulana qədər, olmayacaq"

5-05-2019, 08:57

"Azərbaycanda başqa yatırımım yoxdur və, rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulana qədər, olmayacaq"
"İndoneziyadakı işgüzar səfərdən sonra ilk işim tərsanəni ziyarət etmək oldu. Sevinərək demək istəyirəm ki, "Məhəmməd Əmin Rəsulzadə” adlı gəmimiz ilk səfərinə artıq hazırdır.
"Azərbaycanda başqa yatırımım yoxdur və, rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulana qədər, olmayacaq"
May ayının 15-də bu gəmi dünya sularına çıxacaq. Heyətlə tanış oldum: Qubadan, Xaçmazdan, Lənkarandan, Bakıdan, Naxçıvandan, bir sözlə, Azərbaycanın hər bir gözəl güşəsindən dənizçilərimiz var. Onların hər biri yüksək maaş alıb ailələrinə, Vətənim Azərbaycana halal qazandıqlarını göndərəcəklər. Mən, bəziləri kimi, içəridən çölə daşımıram. Qazandığımı iqtisadiyyata dəstək olaraq Azərbaycana göndərirəm. Azərbaycandan xarici ölkələrə daşımıram. Öz azərbaycanlılarıma yedirirəm, əcnəbilərə deyil."

Bu sözləri "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov özünün feysbuk səhifəsdə yazıb.
"Azərbaycanda başqa yatırımım yoxdur və, rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulana qədər, olmayacaq"
"Bəzi köpəklər deyir ki, guya mən başqa biznesə qoşulmuşam, başqa işlərlə məşğulam. Yenə də yalan! Bizim işimiz dənizçilikdir. Mən Azərbaycan iqdtisadiyyatına dəstək olaraq cənub bölgəsində otel, "Pal Süd” və "Xəzər” idman kompleksi yaratdım. Azərbaycanda başqa yatırımım yoxdur və rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulana qədər, olmayacaq. Mən şəffaflığı sevirəm. Ona görə, it hürər karvan keçər. Karvan demişkən, yeni gəmi karvanımız İndoneziyaya doğru istiqamət götürüb. Bu gəmilərimiz də Azərbaycanlı ve Türk dənizçilərinə əmanət. Uğurlarımıza hələ çox sevinəcəksiniz!" -deyə Mənsimov bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi