azia.az
azia.az

Əmək pensiyalarının minimum məbləği artdı - SƏRƏNCAM

28-02-2019, 09:46

Əmək pensiyalarının minimum məbləği artdı - SƏRƏNCAM

Azia.az-a verilən məlumata görə,Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.
“Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”, - deyə sənəddə bildirilir.

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

Aybəniz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi