azia.az
azia.az

Saat 5-də Bakıda bir dəqiqəlik sükut olacaq

26-02-2019, 09:05

Saat 5-də Bakıda bir dəqiqəlik sükut olacaq

Azia.az xəbər verir ki:Bu gün - fevralın 26-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit verəcəklər.

Eyni zamanda Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endiriləcək.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi