azia.az
azia.az

22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günüdür

22-02-2019, 11:27

22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günüdür

Azia.az xəbər verir ki, Fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günüdür.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edilir.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün sahələrdə həyata keçirdiyi islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, nəqliyyat sektorunda da genişmiqyaslı islahatlar həyata keçirilir, böyük nailiyyətlər əldə olunur. Bunun nəticəsində ölkəmizin nəqliyyat-yol kompleksi, o cümlədən avtomobil yolları və yol infrastrukturu müasir səviyyədə yenidən qurulur.

Prezident İlham Əliyevin 2005-ci il noyabrın 25-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında”, həmçinin 2006-cı il fevralın 1-də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı” bu sahədə əsaslı islahatların aparılmasına geniş imkanlar yaratmışdır. Bakının küçə və prospektləri və regionlarımıza fərqli görkəm və yaraşıq verən yeni yollar, körpülər, keçidlər, qovşaqlar inşa olunmuşdur. İnsanların rahatlığını təmin etmək üçün görülən bütün bu işlərdə avtomobil yol işçilərinin böyük zəhməti vardır.

Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Nəqliyyat Nazirliyi “Avtoyolservis” Açıq Səhmdar Cəmiyyətinin qabaqcıl işçiləri nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə orden və medallarla təltif edilmiş, fəxri adlara layiq görülmüşlər.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi