azia.az
azia.az

Mehriban Əliyevanın Gəncə təəssüratları

15-02-2019, 10:28

Mehriban Əliyevanın Gəncə təəssüratları

AZİA.AZ-A VERİLƏN MƏLUMATA GÖRƏ: Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Bu barədə birinci xanım rəsmi “İnstagram” hesabında yazıb.

“Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım. Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm. Allah hər zaman sizi qorusun!”, - deyə M.Əliyeva qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi