azia.az
azia.az

Prezident İlham Əliyev: "Mən həmişə xalqın dəstəyinə arxalanmışam, mənə güc verən xalqın mənə olan inamıdır"

14-02-2019, 11:35

Prezident İlham Əliyev: "Mən həmişə xalqın dəstəyinə arxalanmışam, mənə güc verən xalqın mənə olan inamıdır"

Mən həmişə xalqın dəstəyinə arxalanmışam, mənə güc verən xalqın mənə olan inamıdır.

Azia.az.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunun sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Mən Beyləqana altıncı dəfədir ki, gəlirəm və hər bir səfərdə gözəl açılışlar, gözəl tədbirlər olur. Bu gün də belədir. Misal üçün bu gün böyük idman mərkəzinin açılışını etdik. Burada idmanla məşğul olmaq üçün gözəl şərait yaradılıb. Yeni yarımstansiya işə düşür, yeni yolun açılışını etdik. Beyləqan rayonunun ümumi inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Qazlaşdırma bir müddətdən sonra 100 faizə çatacaq, indi 97 faizdir. Şəhərin içməli su layihəsi icra olunub".

İlham Əliyev bildirib ki, Dünyamalılar kəndində yeni məktəb binası tikiləcək: "Mən artıq bunu dedim, bir daha demək istəyirəm, Dünyamalılar kəndində yeni məktəb tikiləcək, çünki həmin məktəbin vəziyyəti o qədər də yaxşı deyil. Yataqxanalarda yaşayan vətəndaşlar üçün 36 mənzilli yeni bina tikiləcək. Növbəti mərhələdə yeni kənd yolları da salınacaq".

Prezident deyib ki, Beyləqanda 3 aqropark fəaliyyət göstərir və orada məhsuldarlıq yaxşıdır, pambıqçılığın ənənələri bərpa olunur: "Ulu Öndərin vaxtında burada çox bol pambıq yığılırdı, yavaş-yavaş o hədəfə yaxınlaşırıq. Keçən il təqribən 22 min ton pambıq tədarük edilmişdir. Ancaq əlbəttə ki, biz o səviyyəyə çatmamışıq, tədricən buna da, İnşallah, çatarıq. Məşğulluqla bağlı da göstəriş vermişəm, yüzlərlə yeni ödənişli ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar ictimai işlərlə məşğul olsunlar".

Dövlət başçısı həmişə xalqın dəstəyinə arxalandığını bildirib: "Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır".

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi