azia.az
azia.az

Prezidentdən teleradio yayımçılarına dəstək - 2 milyon

6-02-2019, 08:24

Prezidentdən teleradio yayımçılarına dəstək - 2 milyon
Azia.az xəbər verir ki, Prezident İlham Əliyev ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, milli ümumölkə teleradio yayımçılarının beynəlxalq informasiya məkanında əhatə dairəsinin genişləndirilməsi, onların ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (ikimilyon manat ayrılıb.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi