azia.az
azia.az

Əbülfəz Məlikov DOLLAR İXRAC EDİR... - Dövlətimiz isə valyuta cəlb etmənin yollarını arayır

31-01-2019, 09:12

Əbülfəz Məlikov DOLLAR İXRAC EDİR... - Dövlətimiz isə valyuta cəlb etmənin yollarını arayır
Neçə müddətdir ki, Azia.AZ olaraq "TransBroker" MMC-nin rəhbəri olmuş Əbülfəz Məlikovla bağlı ilginc faktları təqdim edirik. Qeyd edək ki, əslində bu faktların ən xırda detalı ilə bağlı hüquqi araşdırma aparılarsa, Əbülfəz Məlikov üçün çox kritik mərhələ başlamış olar. Nəinki Əbülfəz Məlikov, onun arxasında dayananlar üçün belə...

Azia.AZ-a daxil olan son məlumatlarda isə aydın olur ki, Əbülfəz Məlikov "TransBroker" MMC-nin ləğvindən sonra ölkədən milyonlarla dollar valyuta çıxarıb. Mənbənin dia.az-a söylədikləri: "Bu vaxta qaədər 10 milyon dollardan artıq vəsaiti ölkədən çıxaran Əbülfəz Məlikov əslində, dövlətin siyasətinə qarşı gedir. Çünki həmin pullar Azərbaycandan qanunsuz olaraq və pul kütləsi formasında çıxarılıb".

Mənbə iddia edir ki, bu işi isə Anar Allahverdiyev həyata keçirib. Qeyd edək ki, əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev "TransBroker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun "Broker" MMC-nin "kassiri" və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin "TransBroker" MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar.

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun "bəzi işlərini" gördüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində də iştirak edib.

İndi isə aydın olur ki, xalasıoğlu Əbülfəz Məlikovun yenə də işinə yarayıb. Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi