azia.az
azia.az

Xocalı Məşğulluq Mərkəzi direktoru haqda şok faktlar –FOTO

29-01-2019, 09:30

Xocalı Məşğulluq Mərkəzi direktoru haqda şok faktlar –FOTO
Azia.az xatırladır ki,biz elə bilirdik ki, Məşğulluq Mərkəzlərinin direktorları işsiz vətəndaşların işlə təmin olunması, ixtisar olunan işçilərə müavinət təyin edilməsi ilə məşğuldurlar.

Amma Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərovun Qərbi Azərbaycandan olan vətəndaşın torpağını zəbt eləməsi üzə çıxanda, əslində, bu struktur rəhbərinin funksiyasının nədən ibarət olduğu aydınlaşdı.

Ötən gün Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın Kamil Mehdixan Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov tərəfindən torpaq sahəsinin zəbt edildiyini açıqlamışdı.

Qərbi Azərbaycandan olan köçkün gununsesi.org-a ünvanladığı video müraciətə qeyd edib ki, Aşağı Ağcakənd qəsəbəsində 2002-ci ildən məskunlaşıblar: “Bizə dövlət tərəfindən verilmiş həyatyanı torpaq sahəsi Nicat Ələsgərov tərəfindən zəbt edilib.

Aidiyyatı qurumlara müraciətimiz isə səmərə vermir. Həmin adam bizim torpaqda iki mərtəbəli ticarət obyekti tikir. Bu özbaşınalıqla bağlı Xocalı rayon icra hakimiyyəti Başçısına və rayonun prokurorluğuna yazılı müraciətlər etsəm də, heç bir tədbir görülməyib”.

Amma ondan narazılıq edən təkcə K.Mehdixan deyil. N.Ələsgərov Xocalı sakinlərinin işinə yaramır. Nazir Sahil Babayevin apardığı kadr islahatlarının bu rayona da şamik edilməsi istənilir.

Çünki Məşğulluq Mərkəzinə müraciət edən Xocalı sakinlərinin dərdinə əncam tapılmır. Əgər bir köçkünün torpağını məmur zəbt edirsə, özü də Xocalı kimi bir yaralı yurdun insanlarına haqsızlıq olunursa, həmin məmurun fəaliyyətinə bir “2” yazmaq bəsdir.

Bildirilir ki, N.Ələsgərov yalnız icra başçısı Eyvaz Hüseynova xidmət edir. Onun sakinlərin işlə təminat müraciətlərinə səthi baxdığı, yola verməyə çalışdığı söylənir.

Erməni terrorçularının Xocalıdakı cinayətləri onsuz da bu obanın camaatının və xalqımızın əbədi dağıdır. Hər zaman Xocalı insanları digər qaçqınlardan fərqləndirilib, onlara daha artıq həssaslıq göstərilib.

Bu da başdüşüləndir. Onları incitmək, narazı salmaq, dövlət, prezidentlə qarşı-qarşıya qoymaq olmaz. Onsuz da onların dərdi onlara bəsdir, bir də bürokratik əngəllər yaratmaq, bu azmış kimi, köçkünün torpağını zəbt eləmək, yerində obyekt tikmək haqsızlıqdır. O da sual doğurur və nazir Sahil Babayevin araşdırmalı olduğu məsələdir – Məşğulluq Mərkəzi direktorunun pulu hardandır ki, obyekt tikdirir?

Video müraciətində K.Mehdixan bildirib ki, N.Ələsgərova bu işdə kömək edən məmurlardan biri var. Onun sözlərinə görə, yerləri əllərindən alınıb və Ələsgərov özünə mülk tikdirir.

Yada salaq ki, bu ilin sentyabrıbda Goranboyun Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı sakini Tünzalə Həsənovanın oğlu İlkin Həsənova iş verilməməsi və məşğulluq mərkəzinin buna münasibət göstərməsi barədə bəzi mətbuat orqanlarında şikayət eləmişdi. N.Ələsgərovun laqeydliyi ucbatından işə nazirlik qarışmışdı.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi