azia.az
azia.az

Dərman vasitələri ilə bağlı yeni qaydalar hazırlanıb

28-01-2019, 15:23

Dərman vasitələri ilə bağlı yeni qaydalar hazırlanıb
Dərman vasitələrinin geri çağırılması ilə bağlı yeni qaydalar hazırlanıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Azia.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Dərman vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərdə dərman vasitələrinin farmokonəzarətinin, geri çağırılmasının, ekspertizasının həyata keçirilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Səhiyyə Nazirliyi bu dərman vasitəsini geri çağırıb
“Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan prezidentinin fərmanına əsasən, yeni “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”, “Dərman vasitələrinin farmokonəzarət Qaydası” və “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın layihələri hazırlanıb.

Bu layihələr müvafiq qaydada təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunacaq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi