azia.az
azia.az

Sahil Babayev özünə yeni müşavir təyin etdi

21-01-2019, 11:25

Sahil Babayev özünə yeni müşavir təyin etdi

Azia.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, M.Abbasbəyli bu gündən nazirlikdə fəaliyyətə başlayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Mustafa Abbasbəyli nazirin müşaviri təyin edilib.

Qeyd edək ki, o, 2018-ci ilin sonuna qədər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri olub.
Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli hüquq üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda, Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi