azia.az
azia.az

17 dərəcə ŞAXTA OLACAQ, külək əsəcək - SABAHIN HAVASI

18-01-2019, 18:10

17 dərəcə ŞAXTA OLACAQ, külək əsəcək - SABAHIN HAVASI
Azia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yuxarı 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Yanvarın 19-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi