azia.az
azia.az

AzTV-nin sədri işdən çıxarıldı - YENİLƏNİB

15-01-2019, 16:51

AzTV-nin sədri işdən çıxarıldı - YENİLƏNİB
Prezident İlham Əliyev Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Azia.az xəbər verir ki, sərəncamla Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Onun yerinə AzTV-nin efirində gedən "Günün nəbzi" və "Həftə" analitik proqramlarının aparıcısı olan Rövşən Məmmədov təyin olunub.

Bu barədə rəsmi qərarın birazdan yayımlanacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi