azia.az
azia.az

Nişanlısını qucaqladığına görə universitetdən qovuldu - VİDEO

14-01-2019, 12:33




Azia.az xəbər verir ki,Yanvar ayının əvvəlində qızın universitet ərazisində nişanlısını qucaqladığını əks etdirən videogörüntünün sosial şəbəkələrdə yayılmasından sonra ali təhsil ocağının rəhbərliyi onu cəzalandırmaq qərarına gəlib.
Misirin paytaxtı Qahirədə Əl-Əzhar Universitetinin tələbəsi ali təhsil ocağının ərazisində kişi ilə qucaqlaşdığına görə universitetdən xaric edilib.
Videoda kişinin qıza sürpriz etdiyini: ona bir dəstə gül verdiyini və qarşısında diz çökərək evlənməyi təklif etdiyini görmək olur. Sonra həmin şəxs qızı qucaqlayır.

Əl-Əzhar Universitetinin nümayəndəsi Əhməd Zariyənin sözlərinə görə, tələbənin xaric edilməsi ilə bağlı qərar tam əsaslıdır, belə ki, qız bu hərəkəti ilə universitetin intizam qaydasını pozub.

Tələbə artıq Ali İntizam Komissiyasına apellyasiya şikayəti edib. Onun cəzasının yumşaldılacağı istisna edilmir.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi