azia.az
azia.az

Bakı metrosu yaxınlığında dəhşətli qətl: Əsgərlikdən yenicə gəlibmiş... - VİDEO+FOTOLAR

11-01-2019, 18:14

Bakı metrosu yaxınlığında dəhşətli qətl: Əsgərlikdən yenicə gəlibmiş... - VİDEO+FOTOLAR
Azia.az xəbər verir ki, Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından baku.ws-ə verilən məlumata görə, hadisə bu saatlarda baş verib.

Hadisə şahidləri təcili yardıma zəng vuranda əraziyə həkimlər cəlb olunub. Lakin həkimlər gələnə qədər gənc oğlan dünyasını dəyişib.

Hələlik kimliyi məlum olmayan həmin şəxs bıçaq zərbəsindən ölüb. Cinayət Nizami metro stansiyası yaxınlığında, Salatın Əsgərova küçəsi 64 ünvanın qeydə alınıb. Hadisə ilə əlaqədar Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsindən verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardımdan məlumat verilib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş. Öldürülən gənc 22 yaşlı Emin Şəmiyevdir.

Faktla bağlı araşdırmalara başlanılıb.
***
Bakıda dəhşətli qətl hadisəsi baş verib.

"Azia.az"a xəbər verir ki, yerli media orqanlarına bu barədə hadisə şahidləri məlumat veriblər. Qətl hadisəsi metronun "Nizami" stansiyası yaxınlığında baş verib.

Naməlum şəxslər gənci bıçaqlayıblar. Gənc aldığı yaralardan hadisə yerində keçinib.

Hazırda məsələ ilə bağlı araşdırma gedir.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi