azia.az
azia.az

"Həyatımda bir kişi olub" - Lətifə Soyuöz

7-01-2019, 15:19

 "Həyatımda bir kişi olub" - Lətifə Soyuöz
Azia.az-ın məlumatına görə, ifaçı aparıcı Ruslan Ağayevin 33 sualına cavab verməyə çalışıb.
"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının növbəti qonağı müğənni Lətifə Soyuöz olub.


"Kiminsə sevgilisini əlindən almısan? Geyiminə görə utanmısan? Sənə xəyanət ediblər?" suallarına belə cavab verib:

"Heç kimin sevgilisini əlindən almamışam. Özləri gəlib məni alır. Geyimimə görə utanmıram, tərz geyinirəm. Mənə də xəyanət ediblər".

Lətifə hazırda sevgilisi olmadığını bildirib. Sənətçi pulu ailəsindən aldığını bildirib. O, 65 min dollarlıq maşınını ona nənəsinin aldığını gizlətməyib.

"Bütün məşhurlar borc içində üzür. Hər şeyləri kreditdir" deyə, Lətifə bildirib. Sənətçi dodaqlarının silikon olması haqda söz-söhbətlərə də cavab verib. O, heç bir gel və silikondan istifadə etmədiyini söyləyib.

Soyuöz "Həyatında necə kişi olub sualına "Şəxsi həyatı qabartmağı sevmirəm. Həyatımda bir kişi olub" cavabını verib.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi