azia.az
azia.az

Seymur Verdizadədən sərt sözlər;“Buraxsalar Afaq Aslan efirə də lüt çıxar” – VİDEO

6-01-2019, 10:02

Seymur Verdizadədən sərt sözlər;“Buraxsalar Afaq Aslan efirə də lüt çıxar” – VİDEO
“Bəzi müğənnilər özləri təhqir olunmaqda maraqlıdırlar. Elza Seyidcahana yüz dəfə deyilib ki, şeir yazmasın. Çünki onun poeziyadan xəbəri yoxdur. Elza şeir yazmaqla Nizaminin, Füzulinin ruhunu təhqir edir. O, ədəbiyyat tənqidçilərinin, oxucuların rəyini qulaqardına vurduğu üçün onu sosial şəbəkələrdə təhqir edirlər”.

Bu sözləri tanınmış jurnalist Seymur Verdizadə “Qaynar müzakirə” verilişində deyib. Minval.İnfo-nun məlumatına görə, jurnalist deyib ki, bayağı mahnılar ifa edən müğənnilər xalqın musiqi zövqünü korlamqla məşğuldurlar:

“Əlinə mikrofon götürənlərin hamısı mahnı oxuyur. Mən qarabağlıyam. Amma Allah mənə səs verməyib. Oxuya bilmirəm. Qarabağlı olduğum üçün mütləq mahnı oxumalıyam? Çox adam fikirləşir ki, Manaf Ağayev oxuyursa, mən niyə oxumayım? Əgər sabah əlimə mikrofon alsam, mahnı oxusam, məni də söyəcəklər. Mən bu söyüşlərdən sonra da oxumağa davam etsəm deməli söyülmək istəyirəm. Buna görə də hər kəs bacardığı işin arxasınca getməlidir.

Sosial şəbəkələrdə ən çox təhqir edilənlərdən biri də Afaq Aslandır. Bu adam çılpaq fotolarını paylaşır və onu buna görə təhqir edirlər. Buraxsalar efirə də çılpaq gedər. Efirin öz geyim qaydası var, yazılmayan qaydalar”.

Verilişdə iştirak edən tanınmış prodüser Sayqa Cahid jurnalistə etiraz edib. O bildirib ki, şeir yazmaq Elza xanımın hüququdur. Bunu heç kim ona qadağan edə bilməz: “Üstəlik, Elza xanımın xeyli oxucusu var. Hətta bu yaxınlarda kitabı da çıxıb”.

Seymur Verdizadə isə deyib ki, kitab çıxarmaq üçün istedad tələb olunmur: “Pulunu versəniz, hər gün sizə bir kitab çıxararam”.

Xüsusi ilə qeyd edək ki, bu xəbər ayrlar öncə hazırlanıb. Çılpaq fotoları ilə məşhur olmağa çalışan Afaq Aslanın videonu “YouTube” hesabımızdan sildirmə cəhtləri hadisəni yenidən gündəmə gətirməyə bizi vadar etdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi