azia.az
azia.az

Neft ucuzlaşmağa başlayıb

14-12-2018, 12:28

Neft ucuzlaşmağa başlayıb
Dünya bazarında neft ucuzlaşır. “Brent” neftinin düşməsi ilə paralel Azərbaycan neftinin də qiyməti 1% azalıb.

Azia.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,82 dollar və yaxud 1,3% ucuzlaşıb və 62,19 dollar təşkil edib.

“Brent” markalı neft bu gün birjalarda 61.63 dollara açılsa da, qiymətlərin düşmə tendensiyası başlayıb və 60.82 dollara qədər enib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi