azia.az
azia.az

Polis Şəhidlər xiyabanında akrobatik hərəkətlər edən gənci araşdırır

12-12-2018, 15:37

Polis Şəhidlər xiyabanında akrobatik hərəkətlər edən gənci araşdırır

Polis Şəhidlər xiyabanında akrobatik hərəkətlər edən gənci araşdırır

Azia.az-ın məlumatına görə, Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunub.

Bu barədə modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sabir Həsənov bildirib:

"Səbail Rayon Polis İdarəsi bu barədə məlumatlıdır və müvafiq araşdırma aparılır".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır:

"Vodeogörüntüdəki gənclərin şəxsiyyətlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində iş aparılır. Səbail Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında "Əbədi məşəl" abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına çıxması görüntüləri yayılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi