azia.az
azia.az

Deputat Elmira Axundovanın səs yazısı: “Müdafiə naziri dəyişdi, pulum kəsildi...” - VİDEO

30-11-2018, 15:40

Deputat Elmira Axundovanın səs yazısı: “Müdafiə naziri dəyişdi, pulum kəsildi...” - VİDEO


Azia.az-ın məlumatına görə Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb.

Bundan başqa, Elmira Axundova öz həmsöhbətini inandırır ki, borcu hissə-hissə, yəni 5 min-5 min qaytarıb xırdaçılıq etmək istəmir, çalışır ki, onu birdəfəyə bağlasın. Deputat söz verir ki, tezliklə onlar oğlu ilə birlikdə torpaq sahələrini satacaq və hansısa Mehmandan pul alacaqlar. Elmira Axundova günahkarcasına özünə bəraət qazandırır ki, onun işləri pis gedir və yeni müdafiə nazirinin təyinatından sonra (görünür, audioyazı köhnədir – red.) o, Müdafiə Nazirliyindən daha 60-100 min manatı ala bilmir. Əvvəl o bu pulu hansısa Cabir vasitəsilə alırmış...

Elmira Axundovanın ailəsi bu həftə ərzində artıq ikinci dəfədir qalmaqal mərkəzinə düşür. Daha əvvəl internetdə onun oğlu Həbib Axundovun videosu yayılmışdı. Həmin videokadrlardan görünür ki, deputatın oğlu təmtəraqlı həyat tərzi keçirir və özünə heç nədə korluq vermir. Videoda həmçinin hələ sağ olan model Günel Mirzəyeva da yer alır. Xatırladaq ki, şayiələrə görə, o, Həbib Axundovun yaxtasında həlak olub. Ölüm hadisəsi 26 iyun 2017-ci ildə Xəzər rayonunun Bilgəh qəsəbəsində baş verib. Rəsmi orqanlar məşhur modelin dənizə məhz kimin yaxtasında çıxdığı barədə açıqlama verməyiblər. Məlum olan yalnız odur ki, Günel Mirzəyeva 5 dostu ilə birlikdə yaxtada dənizə çıxıb və boğulub.

Elmira Axundovaya və onun oğlu Həbib Axundova qarşı davamlı kompromat axınının bu günlərə düşməsi təsadüfi deyil. Məsələ ondadır ki, Həbib Axundovun adı dələduzluqla bağlı hay-küylü işdə əvvəlcə şübhəli kimi keçirdi, sonradan isə zərərçəkmiş kimi keçir. Dinləmələr Bakı ağır cinayətlər məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilir. İşdə təqsirləndirilən şəxs qismində Elmira Axundovanın oğlu Həbib Axundovun keçmiş işgüzar partnyoru İbrahimov Elnur Rauf oğlu ittiham olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi