azia.az
azia.az

İqbal Ağazadə: “Hüquq mühafizə orqanlarından tələb edirəm ki, aktyor Rza Rzayev dərhal həbs olunsun”

22-11-2018, 11:49

İqbal Ağazadə: “Hüquq mühafizə orqanlarından tələb edirəm ki, aktyor Rza Rzayev dərhal həbs olunsun”
“Bu tərbiyəsizlikdir, sən filmdə çəkilmisən deyə camaatı döyməlisən?”

“Mən aktyoram, hansısa regiondanam, nə bilim, vaxtilə hardasa işləmişəm deyə, kimisə, özü də müəllimi döyməliyəm? Bunu cinayət kimi qiymətləndirib qətiyyətlə qınayıram. Hüquq-mühafizə orqanlarından da tələb edirəm ki, Rza Rzayev dərhal həbs edilsin. Kimin gücü kimə çatırsa, gedib onu döyməlidir? Bu çox böyük tərbiyəsizlikdir”.

Bu fikirləri AZİA.AZ saytına açıqlamasında aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasındakı insidentə, direktorun döyülməsinə münasibət bildirərkən sabiq millət vəkili, “Ümid” Partiyasının sədri İqbal Ağazadə bildirib.

O qeyd edib ki, Azərbaycanda heç kim münasibətlərini hüquqi müstəvidən kənar şəkildə qorumağa çalışmamalıdır: “Bununla bağlı Cinayət Məcəlləsinin tələblərinə görə müvafiq maddələr var. İnsana fiziki xəsarət yetirlibsə, sağlamlığına, iş qabiliyyətinə mane olan xəsarətlər alıbsa, onunla bağlı da maddələr öz əksini tapıb. Bu hərəkət xuliqanlıqdır. İstəyir dolu filmində çəkilsin, istəyir başqa bir filmdə, fərqi yoxdur, cinayətkar elə cinayətkardır. Camaat Qarabağda döyüşüb, amma cinayət eləmir. Filmə çəkilmisən də. Xocalıda ən ağır döyüşlərdə iştirak edən bir nəfər var, adı Orucdur, iki dəfə həbs edilib. Xeyr ola, indi sən filmə çəkilmisən deyə camaatı döyməlisən!? Filmə çəkilib pulunu almısan da”.

Aybəniz Abdulova

İqbal Ağazadə: “Hüquq mühafizə orqanlarından tələb edirəm ki, aktyor Rza Rzayev dərhal həbs olunsun”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi