azia.az
azia.az

İlham Əliyev Gürcüstana başsağlığı verdi

9-10-2021, 16:43

İlham Əliyev Gürcüstana başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə məktub yazıb.

Azia.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi