azia.az
azia.az

Azərbaycan İranla sərhəd bölgədə bərpanı sürətləndirir - sənaye parkının təməli qoyuldu

5-10-2021, 11:39

Azərbaycan İranla sərhəd bölgədə bərpanı sürətləndirir - sənaye parkının təməli qoyuldu
“Araz Vadisi İqtisadi Zonası” nə vəd edir; millət vəkili: “Bu, yalnız Cəbrayıl rayonunun deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun kommunikasiya və tranzit imkanlarının genişləndirilməsi məqsədi daşıyır”
Azərbaycan işğaldan azad olunmuş ərazilərində bərpa prosesini daha da sürətləndirməkdədir. Bir tərəfdən Laçın, Kəlbəcər və Şuşa kimi yüksək dağlıq ərazilərdə yerləşən məntəqələrə yol, elektrik enerjisi çəkilişi aparılır, digər tərəfdən isə Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında yaşayış məntəqələrinin bərpasına başlanır. Artıq Zəngilan rayonunda tam yaşıl enerji ilə təmin olunacaq “ağıllı kənd”in tikintisi sürətlə həyata keçirilir, prosesin bir neçə aya yekunlaşması və Ağalı kəndinin sakinlərinin öz yurd-yuvalarına dönməsi təmin ediləcək.

Dünən isə Prezident İlham Əliyev Cəbrayıl rayon mərkəzinin bərpasının təməlini qoyub. Onun imzaladığı sərəncamlarla Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının, həmçinin 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə dövlət büdcəsindən vəsait ayrılıb. Xəstəxana üçün Səhiyyə Nazirliyinə, məktəb üçünsə Təhsil Nazirliyinin hərəsinə ilkin olaraq 500 min manat ayrılıb.
Azərbaycan İranla sərhəd bölgədə bərpanı sürətləndirir - sənaye parkının təməli qoyuldu
Dünən həmçinin yalnız Cəbrayıl və Şərqi Zəngəzur iqtisadi rayonu üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli olacaq bir layihənin təməli qoyulub. Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli atılıb. Prezidentin zonanın yaradılmasına dair fərmanında qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranıb. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcək. Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.

Qarabağ, Şərqi Zəngəzur...
Azərbaycan İranla sərhəd bölgədə bərpanı sürətləndirir - sənaye parkının təməli qoyuldu
İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda - Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaq.

Fərmana əsasən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir. Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra - Agentlik) həyata keçirəcək.

Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycanın 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Fərmanla Nazirlər Kabinetinə Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Prezidentə məlumat vermək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Azərbaycan İranla sərhəd bölgədə bərpanı sürətləndirir - sənaye parkının təməli qoyuldu
İqtisadiyyat Nazirliyi Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə görüləcək işlərin təşkili və dəstəklənməsi, logistika sisteminin qurulması, sənaye məhsullarının istehsalı, emalı (təkrar emalı) və satışı, habelə sahibkarlıq fəaliyyətinin səmərəli qurulması üçün digər xidmətlər göstərilməsi məqsədilə Agentliyə kömək etməli, Sənaye Parkında göstərilən xidmətlər, istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Aidiyyəti dövlət orqanlarına (qurumları) isə Sənaye Parkının yaradılması və orada işin təşkili, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də Fərmanda nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etmək tapşırılıb. Maliyyə Nazirliyi isə fərmanda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizin sənaye potensialının reallaşdırılması qarşımızda duran vəzifələrdən biri idi: “Bu ərazilərdə sənaye parkının yaradılması günün vacib məsələlərindəndir. Bu baxımdan, Cəbrayılda sənaye parkının yaradılması yalnız Cəbrayıl rayonunun deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun kommunikasiya və tranzit imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Azərbaycanın qərb hissəsi Naxçıvan Muxtar Respublikası ilə quru yolla birləşmək imkanı qazanacaq. Digər tərəfdən, Xudafərində gömrük keçid məntəqəsi fəaliyyətə başlayacaq. Bu isə həmin ərazilərdə istehsal olunan məhsulların həm də ixrac olunması üçün əlverişli olacaq. Cəbrayılın, həmçinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan digər rayonların sənaye potensialı böyükdür. Bütün bunlar bölgədə yaradılacaq sənaye parkının səmərəli fəaliyyətini, sənayeləşməni təmin etməyə şərait yaradacaq”.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik olacaq”

Vüqar Bayramov

Millət vəkili bildirir ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bir neçə istiqamətdə yolların kəsişdiyi ərazidə yerləşdiyinə görə orada istehsal ediləcək məhsulların ixrac imkanları da geniş olacaq: “Bu, həm də işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin genişmiqyaslı bərpası prosesinin başlanması deməkdir. Hansı ki, həmin bərpa prosesində ”Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında istehsal olunacaq tikinti materiallarından da istifadə olunacaq".

Dünya SAKİT,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi