azia.az
azia.az

Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq

20-02-2021, 22:26

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının Şuşada Ülçü Ocakları Təhsil və Tədris Vəkfinin inaələri hesabına 9 illik məktəb tikintisi layihəsi üçün hazırlıqlar tamamlanıb.
Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq
Virtualaz.org Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, məktəb layihəsi üçün Azərbaycanda səfərdə olan MHP heyəti geri dönüb və partiya başqanı Dövlət Baxçalı ilə görüşərək Bakıda apardıqları müzakirələr haqda onu məlumatlandırıb.

Heyətə layihənin memarı, İsparta keçmiş bələdiyyə başqanı və Baxçalının müşaviri Yusuf Ziya Günaydın, MHP başqan yardımçısı Mevlut Karakaya və Ülkü Ocakları başqanı Ahmet Yiğit Yıldırım daxil idi. Onlar 6 gün ərzində Bakıda prezident İlham Əliyevlə, prezidentin köməkçisi Hikmət Hacıyevlə, təhsil naziri Emin Əmrullayevlə görüşüblər, bir çox digər görüşlər keçiriblər.



Məktəb dahi Üzeyir Hacıbəyovun adını daşıyacaq və fasadında “Xarı bülbül” rəsminə yer veriləcək, Osmanlı və Selçuklu memarlıq üslubundan istifadə ediləcək.

Günaydın deyib ki, Azərbaycanda çox isti qarşılanıblar. Prezident İlham Əliyev onlara ermənilərin Şuşanı necə dağıtdıqları, tarixi binaları, abidələri məhv etdiklərini danışıb. Bildirib ki, bütün butarixi dəyərlər bərpa ediləcək, Şuşa yenidən qurulacaq və orada daha gözəl işlər görüləcək.

Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq

“Sayın Cümhurbaşqanı məktəb layihəmizin türk aləmi baxımından orada çox böyük məna daşıyacağını dedi. “Arkadaşım, dostum, qardaşım” deyə tez-tez prezidentimizdən bəhs etdi və burada böyük bir bütünlük, xatirə olduğunu vurğuladı”,-Günaydın bildirib.

O deyib ki, məktəbin tikiləcəyi ərazi hələ müəyyən edilməyib. Çünki erməni işğalından azad edilən Şuşaya geri dönəcək Azərbaycan vətəndaşlarının mülkiyyəti olan torpaqların müəyyən edilib onlara verilməsi üçün diqqətli kadastr çalışmaları aparılır. “Sayın Əliyev bu çalışmaların nəticəsində Şuşanın ən gözəl yerindən məktəb üçün ərazi veriləcəyini dedi. Bu məsələ ilə bağlı prezident köməkçisi ilə hər an əlaqə saxlaya bilmək üçün tapşırıq verdi. Görüşümüz bir saata yaxın çəkdi, həm başqanımıza, həm prezidentimizə tez-tez “qardaşım” deyərək təşəkkür etdi”,-o bildirib.

Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq

Günaydın əlavə edib ki, Şuşaya yeni yol çəkilir və bu yolun yaxın aylarda istifadəyə veriləcəyi gözlənilir. “Bizə də “mən Şuşaya qardaşımsız getmərəm, bərabər gedəcəyik” dedi. Sayın Dövlət bəyin də gəlməsini arzu etdi və orada təməl atılacağını söylədi. Hazırlıqlar tamamlanandan sonra yolun açılışı və onun ardınca da iki cümhurbaşqanımızın, MHP başqanının iştirakı ilə məktəbin təməlinin qoyulması planlaşdırılır”,-Yusuf Ziya Günaydın bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi