azia.az
azia.az

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

20-02-2021, 20:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında" Sazişi və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.
Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi
Oxu24.com -un xəbərinə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.

Sazişlər imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında" Saziş 25 fevral 2020-ci il tarixdə Bakı şəhərində,“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Saziş isə 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi