azia.az
azia.az

SON DƏQİQƏ! Azərbaycanda bu tarixlərdə iş olmayacaq

11-02-2021, 17:16

SON DƏQİQƏ! Azərbaycanda bu tarixlərdə iş olmayacaq

2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.

Azia.az xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər də məlumdur. Bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Daha sonra martın 2-də Od, 9-da isə Yel çərşənbəsi olacaq.

Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi