azia.az
azia.az

Mətbuatda Səfər Mehdiyevin "qalxanıl" həbs edildi- Vüqar Səfərlinin oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı

15-01-2021, 13:15

Mətbuatda Səfər Mehdiyevin "qalxanıl" həbs edildi- Vüqar Səfərlinin oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu -Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərlinin oğlu Samir Səfərlinin vəzifəsi məlum olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, onun oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Qeyd edək ki, V.Səfərli bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə, həbs qətimkan tədbiri seçilib.

Gundeminfo.az-a daxil olan məlumata əsasən uzun müddət Vüqar Səfərli özü də DGk-da vəzifə almaq üçün Səfər Mehdiyevlə görüşüb. Həta Səfərli ilə yaxınlıq əlaqələrindən istifadə edərək Mehdiyev uzun illər mediada haqqında tənqidi yazıların yazılmasına qarşı bir qalxan kompleksi də yarada bilib. Bu prossesdə təkcə KİVDF rəhbəri deyil, eyni zamanda Mətbuat Şurası da aktiv iştirak ediblər. Uzun illər Əli Həsənovun himayəsində olan bu iki qurum vasitəsilə Səfər Mehdiyevin piarı aparılıb. Maralıdır ki, Vüqar Səfərli özü DGK-da vəzifə ala bilməsə də oğlunu həmin komitədə işə düzəldə bilib. Media ilə bağlı layihələrlə yanaşı, eyni zamanda digər reklam, piar, sosial layihələrin icrasında da Mətbuat Şurası, KİVDF yaxından iştirak ediblər. Elə layihələr var ki, ümumiyyətlə mətbuatın həmin layihələrin icra olunmasından xəbəri belə olmayıb. Məlumata əsasən bu gün açıqlanan KİVDF-nin ziyafətlərin təşkili məqsədilə mənimsənilən 200 min manata yaxın dövlət vəsaitinin də V.Səfərlinin cibinə getməsinə məhz Səfər Mehdiyev dəstək olub.
Mətbuatda Səfər Mehdiyevin "qalxanıl" həbs edildi- Vüqar Səfərlinin oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Onu da əlavə edək ki, Vüqar Səfərli Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Tivi kəndində anadan olub. DGK sədri Səfər Mehdiyev isə Babək rayonunda anadan olub. Məlumata əsasən 1958-ci ildə anadan olan Vüqar Səfərli ilə, 1973-cü ildə anadan olan Səfər Mehdiyev arasında yaxın dostluq bağları olub. Və hətta deyilənlərə əsasən Səfər Mehdiyev Vüqar Səfərliyə bütün məclislərdə "ağsaqqalım" deyə xitab edirmiş.
İndi dövlət əmlaknı talayan, milyonlarla manatı mənimsəyən KİVDF-nin sabiq rəhbəri ilə bağlı Səfər Mehdiyevin xitabı yenə də məslislərdə eşidiləcəkmi?

Mövzu ilə bağlı Səfər Mehdiyevin də mövqeyini dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi