azia.az
azia.az

Yol polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı – İddia + Səs yazısı

11-01-2021, 13:39

Yol polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı – İddia + Səs yazısı

Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi avtomobilinin ön şüşəsi tünd olan sürücüdən 150 manat rüşvət alıb.

Azia.az xəbər verir ki, bununla bağlı sürücü Samid Əliyev Mubahise.az-a müraciət edərək bildirib ki, dekabrın 29-da onun idarə etdiyi “Toyota Prado” markalı 90 DS 303 nömrəli avtomobil “YP 476” nömrəli xidməti avtomobildə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Ona bildirilib ki, maşının ön şüşəsi tündür və buna görə avtomobil cərimə meydançasına yerləşdirilib. On gün maşın orada qalsa da, ona cərimə protokolu tərtib edilməyib.
S.Əliyev qeyd edib ki, bu avtomobili eyni şüşə ilə 2012-ci ildən bəri idarə edir və bu günədək dəfələrlə texniki baxışdan keçirilib: “Əgər maşının ön şüşəsi tnüddürsə, məni niyə texniki baxışdan keçiriblər?”

S.Əliyev bildirib ki, protokoldan şikayət etmək üçün 10 gün gözləsə də, ona bu barədə məlumat verilməyib və protokol tərtib edilməyib.

Sürücü iddia edib ki, yanvarın 7-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib və 5-ci otaqda xidmət edən polis əməkdaşı Arzuman Arzumanlı ondna əvvəlcə 300 manat tələb edib. Daha sonra isə 150 manata razılaşıb və 150 manat rüşvət alaraq maşının ön şüşəsi dəyişdirilmədən, cərimə protokolu tərtib edilmədən cərimə meydançasından buraxılıb.

S.Əliyev bununla bağlı qeydə aldığı səs yazılarını da redaksiyamıza təqdim edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi