azia.az
azia.az

Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən Putinə şikayətləndi: “İtaət etmirlər”

17-11-2020, 17:00

Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən Putinə şikayətləndi: “İtaət etmirlər”

Dağlıq Qarabağda razılığa gələn və məğlubiyyəti qəbul edən Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədən çıxmaqdan imtina edən hərbçilərlə bağlı RF Prezidenti Vladimir Putinə şikayət edib.

Azia.Az-ın məlumatına görə, o, RF dövlət başçısına zəng vuraraq, “Məni dinləmirlər, itaət etmirlər”, - deyərək kömək istəyib.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən, işğal altında olan rayonlarda mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qrupları, əsasən, Kəlbəcər, Laçın və Ağdam bölgəsində meşədə gizlənirlər. Onlar Rusiya sülhməramlılarının işini çətinləşdirir, hətta onlara atəş açır və regionda gərginliyi artırırlar.

Nəşrin məlumatına görə, özlərinə “Smertnik” (“İntiharçı”) adını qoyan qruplar erməni rahiblərlə birlikdə Kəlbəcərdə kilsədə gizlənərək, müqavimət göstərirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi