azia.az
azia.az

Paşinyan: Vaxtında torpaqları Azərbaycana qaytarsaydım...

19-10-2020, 16:26

Paşinyan: Vaxtında torpaqları Azərbaycana qaytarsaydım...

Qarabağdakı savaş onun statusu üçün aparılır.

Azia.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb.

Onun sözlərinə görə, Ermənistan zamanında əraziləri versəydi və Qarabağın qeyri-müəyyən statusuna razılaşaydı, savaşdan qaçmaq mümkün olardı.

Paşinyan guya bu halda Qarabağ üçün hansısa qəbul edilən statusun əldə edilməyəcəyini bildirib. O deyib ki, Qarabağ üçün danışıqlarda son şans 2011-ci ildə Kazanda itirilib.

Qeyd edək ki, Nikol Paşinyan danışıqlar prosesində özündən əvvəlkilərin Azərbaycanın ərazi bütövlüyünə razılaşdığı haqda bir neçə dəfə açıqlama yayıb. O, bununla müharibəyə səbəb olan siyasət aparmasına haqq qazandırmağa çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi