azia.az
azia.az

ATU-nin Tədris Stomatoloji Klinikasının Fədakar Həkimləri

16-10-2020, 14:00

ATU-nin Tədris Stomatoloji Klinikasının Fədakar Həkimləri

Sağlamlıq insan üçün ən böyük sərvətdir. Bu gün Azərbaycan Səhiyyəsi sürətlə inkişaf edir.Yeni tibb ocaqları əsaslı təmir olunur. Maddi-texniki bazası möhkəmləndirilir. Müasir tibb avadanlıqları ilə təmin olunan Azərbaycan Tibb Universitetinin Tədris "Stomatoloji Klinikası"na mənim də yolum düşmüşdü. Səhhətimdə yaranan problemlə bağlı bu şəfa ocağına müraciət etməyim isə heç də təsadüfi deyildi, çünki bilirdim ki, burada savadlı, peşəkar həkimlər çoxdur. Elə bu səbəbdən həmin klinikaya gəldim.
Qeyd etmək istəyirəm ki, Tibb Universitetinin Tədris "Stomatoloji Klinikasın"da olarkən həkimlərin xəstələrlə olan isti münasibəti, klinikada hər cür tibbi avadanlıqların olması bu müəssisə barəsində məndə çox xoş təəssurat yaratdı.
Bu tibb ocağında bütün stomatoloji xidmətlər üçün quraşdırılan avadanlıqlar istər müalicə, istərsə də müayinə baxımından peşəkar həkimlərimizin bu yönümdəki fəaliyyətini dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Görülən bütün bu işlərin isə bir məqsədi var: Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunmasıdır.
Həkimlik çox gözəl sənətdir. Həkimlər demək olar ki, bütün şüurlu həyatlarını insanların sağlamlığının qorunmasına sərf edirlər. Azərbaycanda kifayət qədər savadlı, vicdanlı, qayğıkeş, gülərüz həkimlərimiz çoxdur.
Belə həkimlərin arasında çox qısa vaxtda Tibb Universitetinin Tədris "Stomatoloji Klinikası"na yeni təyin olunmuş direktor Mahir Əlisaoğlu Səfərovun adını xüsusi qeyd etmək yerinə düşər.
Əminliklə deyə bilərəm ki, Mahir həkim heç bir təmanna güdmədən, tutduğu vəzifəsindən asılı olmayaraq Prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiq adamdır!
Mahir həkim yüksək biliyi, təhsili və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Mahir həkimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Mahir həkim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə inamını artırır!
Məhz bu səbəbdən O, klinikaya daxil olan hər kəsin böyük hörmət və məhəbbətini qazanmış olur.
Bu gün söhbət açacağım həmin klinkanın direktoru ilə yanaşı, mənim yaxşı tanıdığım və bacarığına, savadına güvəndiyim, inandığım Həkim-Stomatoloq Xədicə xanım haqqındadır. Mən, bu ay Xədicə həkimin qəbulunda olmuşdum və onun müayinəsi ilə müalicə almışdım. Elə, həmin vaxtdan da bu həkimin həkimliyindən əlavə xanım xatınlığına heyran olmuşdum.
Bəzən həkimin yazdığı müalicəsindən daha çox onun xəstə ilə arasında olan mehriban ünsiyyəti, xəstənin tezliklə sağalacağına inandırması dialoqu mühüm əhəmiyyət kəsb edir. Xədicə həkimin bütün xəstələrə eyni münasibəti, hamını gülərüzlə qəbul etməsi, onları sabaha ümidlə baxmağa sövq etməsini dəyərləndirməmək mümkün deyildir. Xədicə xanım bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Sağlam dişlərə sahib olmaq üçün nə etmək lazımdır?-Sualına:"Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl düzgün təmizləmək lazımdır.Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir. Dişlərə elə qulluq etmək lazımdır ki, onlar sizə ömrünüzün sonuna kimi müntəzəm xidmət etsin. Əgər yenə də problem yaranarsa, o zaman bizə müraciət etsinlər. Böyük məmnuniyyətlə, kömək edəcəyik.”-Deyə peşəkar stomatoloq Xədicə xanım cavab verdi.
Etdiyi yaxşılığı qabartmayan şəxs Allah adamıdır. Təbii ki, məsələ təkcə ağ xalat geyinib həkimlik diplomunu gəzdirməkdə deyil, söhbət ondadır ki, bu şərəfli peşəyə layiq olasan və həkimlik sənətinin müqəddəsliyini qoruyasan. Müalicə etdiyin hər kəsin həyatına, sağlamlığına cavabdehliyini dərk edəsən, yüksək savad nümayiş etdirəsən. Mən bu böyük xeyirxah əməllərin sahibini heç vaxt unutmayacağam, onu həyat davam etdikcə xatırlayacağam!
Sonda Klinikanın direktoru Mahir Səfərov Əlisaoğluna mənə göstərdiyi yüksək diqqət və qayğısına görə öz dərin minnətdarlığımı bildirir, “Azia.Az” Azərbaycan informasiya Mediası olaraq, bütün jurnalistlər adından bir daha dərin təşəkkürümüzü bildiririk!
Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Sizə ailəm və öz adımdan bir daha təşəkkür edirəm və möhkəm can sağlığı arzulayıram. Klinikanıza isə işlərində yeni-yeni uğurlar diləyirəm!

ATU-nin Tədris Stomatoloji Klinikasının Fədakar Həkimləri

Böyük hörmət və xoş arzularla...
Xüsusi müxbir Aybəniz Füzuliqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi