azia.az
azia.az

Prezident: “Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

14-10-2020, 17:31

Prezident: “Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

“Paşinyanın sərxoş vəziyyətdə rəqsi və Azərbaycan xalqına qarşı təhqirləri xalqımızı haqlı olaraq hiddətləndirdi. Biz onun acısını bu gün döyüş meydanında çıxarırıq”.

Azia.az xəbər verir ki, Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, döyüş meydanında Azərbaycan əsgəri göstərir ki, kim haqlıdır və kim nahaqdır:

“Döyüş meydanında biz gücümüzü və xalqımızın iradəsini göstəririk. Paşinyanın digər təxribatları cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur.

Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır. Bu gün azad edilmiş şəhərlər və kəndlər bizim Paşinyana və onun kimi insanlara ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir”.

“Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə aparacaq. Mən demişdim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın, diqqətli, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniləri onun müdafiə edəcək.

O zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar. Bu gün də bunu istəyir. Bu gün də Rusiyanın Prezidenti hörmətli Vladmir Putinə dəfələrlə telefonla zəng edib. O telefon zənglərinin bir qismi mediaya verildi, bir qismi verilmədi.

Amma bizdə məlumat var ki, artıq son atəşkəsdən sonra Paşinyan Vladimir Putinə telefonla zəng edib və onun hərəkətləri göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir və özünü itirib.

Döyüş meydanında Azərbaycan ordusu düşmənə elə bir sarsıdıcı zərbə endirir ki, artıq onlar qeyri-adekvat vəziyyətə düşdülər”, - deyə Prezident qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi