azia.az
azia.az

Müdirindən intiqam almaq üçün pizza xəmirinə ülgüc qoydu - FOTO

13-10-2020, 19:20

Müdirindən intiqam almaq üçün pizza xəmirinə ülgüc qoydu - FOTO

ABŞ-ın Men ştatının sakini supermarketdən aldığı hazır pizza xəmirinin içində ülgüc tapıb. Məlum olub ki, bunu şirkətin keçmiş işçisi qoyub.

Azia.Az xəbər verir ki, Kamerada kişinin mağazaya daxil olduğu və bağlamalardan birini açdığı görünür. Araşdırma zamanı bunun “It'll Be Pizza” şirkətinin sabiq əməkdaşı Nikolas R.Mitçell olduğu müəyyən edilib.

Baş verənlərə görə şirkət mağazalardan 1 avqustdan 11 oktyabra kimi istehsal olunan bütün məhsullarını geri çəkməli olub. Onlar alıcılardan bütün məhsulları qaytarmalarını istəyərək, pullarını geri qaytaracaqlarına vəd veriblər.

38 yaşlı R.Mitçell isə saxlanılıb.

Müdirindən intiqam almaq üçün pizza xəmirinə ülgüc qoydu - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi