azia.az
azia.az

Bakıda iki nəfər bıçaqlanıb

12-10-2020, 13:02

Bakıda iki nəfər bıçaqlanıb

Bakının Xətai və Qaradağ rayonlarında bıçaqlanma hadisələri baş verib.

Azia.Az xəbər verir ki, Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınmış hadisələrin birində 1983-cü il təvəllüdlü Məhərrəmov Zaur Mehman oğlu tanıdığı şəxsin hücumuna məruz qalıb. O, marketdən çıxan Zaur Məhərrəmovun sinəsinə bıçaq zərbəsi vurub. Yaralı döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Digər bıçaqlanma Suraxanı rayonunda qeydə alınıb. Suraxanı qəsəbəsində 1997-ci il təvəllüdlü Müslümlü İlqar Abil oğlu naməlum şəxs tərfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi