azia.az
azia.az

Ermənilər Cəbrayılda tarixi abidələri dağıdaraq, həmin yerlərdə təsərrüfatla məşğul olublar - FOTO

9-10-2020, 11:50

Ermənilər Cəbrayılda tarixi abidələri dağıdaraq, həmin yerlərdə təsərrüfatla məşğul olublar - FOTO

Azia.Az xəbər verir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Cəbrayıl şəhərində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb.

Düşmənin həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyəti həyata keçirdiyi “Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirlərdən məlum olub.

Məlumatda Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyətini Azərbaycanın digər işğal altında olan torpaqlarında davam etdirdiyi bildirilir.

“Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi