azia.az
azia.az

Günün fotosu: Erməninin Petkesinin atdığı raket - bir azdan manqal olacaq

6-10-2020, 14:54

Günün fotosu: Erməninin Petkesinin atdığı raket - bir azdan manqal olacaq

Azia.Az xəbər verir ki, Bu Mingəçevirə atılan raketdir, partlamayıb, asfalta sancılıb.

Ancaq mütəxəssislərin dediyinə görə, bu iki metrlik raketin partlamaması bəxtimizin gətirməsilə bağlı deyil, bunu havadaca zərərsizləşdirməyi bacaran oğulların əməyidir.

Heç demə, raketin torpağa sancılan hissəsindəki partladıcı başlıq əvvəlcədən havada vurulub, başqa səmtə göndərilib, nəticədə Mingəçevirə raketin başsız "cəsədi" düşüb.

Yadınızdadırsa, hələ iyul ayının ortalarında Tovuz-Tavuş həndəvərində müharibə gedəndə Qaraqayada itki verib çəkilən ermənilər qeyzlənmiş, lazım gəlsə, Mingəçeviri vura biləcəklərini demişdilər.

Bu, onların "Petke"sinin (ermənicə - Lazım - պետք է) gəlib çıxmasıdır, gəlib, atıb, amma bu dəfə alınmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi