azia.az
azia.az

Akademik Adil Qəribovun biblioqrafik göstəricisi hazırlanıb

25-09-2020, 19:31

Akademik Adil Qəribovun biblioqrafik göstəricisi hazırlanıb

Azia.Az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) akademik Adil Qəribovun biblioqrafik göstəricisini hazırlayıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik Rasim Əliquliyev, ixtisas redaktoru və məsləhətçisi MEK-in direktoru Sevil Zülfüqarova, tərtibçiləri k.e.d., prof. Teymur Ağayev, fil.ü.f.d., dos. Şəhla Tahirqızı, k.ü.f.d. Cəlal Nağıyev, f.ü.f.d. Günel İmanova, Aydan Qəribli və Səbinə Məmmədovadır.

Biblioqrafik göstəricidə akademik Adil Qəribovun həyatı və elmi fəaliyyət istiqamətləri haqqında məlumatlar əks olunub.

Biblioqrafik məlumat kitabı nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, atom-hidrogen energetikası və digər sahələrdə elmi-tədqiqat aparan alim və mütəxəssislər, doktorantlar, ali məktəb müəllimləri, tələbələr, eləcə də bu sahə ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından nəşr olunan biblioqrafik göstərici AMEA-nın “Elm” nəşriyyatında işıq üzü görüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi