azia.az
azia.az

Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir?

25-09-2020, 12:43

Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir?

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən intensiv meyvə bağlarının yaradılması və təsərrüfatların təhvil verilməsi ilə bağlı malların (işlərin, xidmətlərin) satın alınması üzrə keçirdiyi tender proseduruna yekun vurub və 21.09.2020-ci il tarixdə “Parlar Ting A.T” MMC ilə 2233507.04 manat dəyərində müqavilə bağlamasını elan edib.

Azia.Az xatırladır ki,intensiv meyvə bağlarının salınması üçün hələ bir neçə il öncə regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, tara, quru meyvə istehsalı müəssisələrinin yaradılması layihələrinə milyonlarla manat güzəştli kredit verilib,maliyyələşdirilib.

Qeyd edək ki,regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi də ölkədə məşğulluğun artırılması və işsizliyin aradan qaldırılması məqsədi ilə bir çox layihələr həyata keçirib.Lakin qurumun intensiv meyvə bağlarının yaradılması üzrə elan etdiyi bu açıq tenderdə alınan malların həcmi ilə bərabər görüləcək işlər və xidmətlər ictimaiyyətə heç də açıq göstərilməmişdir.Bununla yanaşı nizamnamə kapitalı cəmi 10 manat olan,fəaliyyəti isə tamamilə qaranlıq olan bu MMC ilə iki milyon manatdan çox dövlət sifarişi üzrə müqavilə bağlayarkən ağentliyin Tender Komissayısı görünür bir çox nüansları nəzərə almamışdır.

Qeyd edək ki, 04.10.2019-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu da “Parlaq Ting A.T” MMC ilə 1 milyon 245 min manat dəyərində müqavilə imzalayıb.Müqavilə 15 hektar müasir bağ sahəsində telli tərbiyə, dolu və günəşdən qoruma, damla suvarma və erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün nəzərdə tutulub.Maraqlıdır görəsən “Parlaq Ting ” MMC bu dövlət sifarişini həyata keçiribmi?

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Parlaq Ting A.T” 7 iyul 2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı əvvəllər Quba rayonu, Quba şəhəri, Zərdabi küçəsi, ev Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu olub (Mənbə: “Vergilər” qəzetinin 11 oktyabr 2017-ci il tarixli 39 (401) saylı xüsusi buraxılışı).

Hazırda Vergilər Nazirliyinin reystr məlumatlarında“Parlaq Ting A.T”MMC-nin hüquqi ünvanı İqriğ kəndi göstərilir. Lakin MMC-nin qanuni təmsilçisi Orucov Nasrullah Bayram oğlunun bu kəndə daimi qeydiyyatda olmadığını Mərkəzi Seçki Komissiyasının seçiilərin siyahısı da təsdiq edir.Dövrü mətbuatın yazdığına görə Nasrullah Orucov Balakən bələdiyyəsinin üzvüdür. O, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində 2313 səslə qalib gəlib.

Nasrullah Orucov və “Parlaq Ting A.T” MMC barədə açıq mənbələrdə bundan başqa hər hansı məlumat yoxdur.Bir ilin içində barəsində heç bir məlumat olmayan,cəmi 10 manat nizamnamə kapitalı olan MMC ilə ümumi dəyəri 3478507 manatlıq satınalma müqaviləsinin bağlanılmasına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə yol verib?Bu maraqlıdır.Daha maraqlısı isə odur ki,Quba rayonunda dövlət qeydiyyatına alınmış,qanuni təmsilçisinin Balakəndə yaşadığı bildirilən bu MMC respublika səviyyəli tenderlərdə necə qalib olmasıdır.Görəsən bu MMC-ni Bakıdan kimlər idarə edir?İpin bir ucu Kənd Təsərrüfatı Nazirliyindədirsə, digər ucu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib çıxır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi