azia.az
azia.az

Pediatr distant təhsilə etiraz etdi: "Biz insanıq, qoyun deyilik"

24-09-2020, 16:09

Pediatr distant təhsilə etiraz etdi: "Biz insanıq, qoyun deyilik"

“Əgər həftədə iki dəfə dərs və distant təhsil oktyabrdan da davam edəcəksə hər cür məktəb təhsilinə yox deyək. Mən yox deyəcəm. Pulu olan repetitor hesabına uşağına təhsil verəcək, pulu olmayan isə yox. Onsuz da bu cür heç bir təhsil yoxdur”.
Azia.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə “facebook” hesabında qeyd edib.
Pediatrın sözlərinə görə, noyabrdan bu cür məntiqsiz təhsil qaydaları davam edəcəksə övladlarının oxuduğu məktəbdən imtina edəcəyik: “Bunu uşaqlarıma da dedim. Öz hesabımıza rejimimizi qurub öz bildiyimiz kimi savadlanmağa çalışacağıq. Biz insanıq, qoyun deyilik. Ağlımız məntiqimiz var. Adamın başından basıb öz dediyini etdirməkdən, pis nə ola bilər. Sizi bilmirəm, amma mən şəxsən bir həkim olaraq, həm də həmişə insanlar üçün çalışan bir həkim olaraq özümü təhqir edilmiş sayıram. Sinifdə dörd uşaq olana da deyilir ki, get həftədə iki dəfə gəl, 40 uşaq olana da. 1:10 nisbətində olan fərqi görmədiyiniz kimi, məktəblərlə bağlı verilən qərarda da heç bir məntiq görünmür. Fürsətdən istifadə edib növbəli dərsləri yerbəyer edincə, bir sinifə doluşdurulan 40 uşağı normal şəkildə siniflərə bölmək olardı. Bundan ötrü aylar var idi.
O məktəbə girməkdən koronavirus qorxar ki, orda da dərs keçilir. Çəkib göstərirsiz də... Xalqın malını yeyənlərin bir otağının təmir puluna, bütün məktəb təmir edilə bilərdi. Hələ bir üstəlik bağlayıblar da..."Distant təhsilə keçildi" deyilir.. Hansı distant təhsilə? Ondansa " təhsil naməlum vaxta kimi təxirə salındı" deyin, daha səmimi olsun.
Evində üç uşağa bir telefonu olan, valideyni "ət alım ya, mb yükləyim?", deyə fikirləşən uşaqların, valideynləri işə gedib evdə tək qalan uşaqların, deyiləni bir dəfəyə deyil, üç dəfəyə anlayan uşaqların, valideyni təhsilsiz, savadsız olan uşaqların yerinə distant və pərakəndə təhsilə yox deyəcəyik”.
Həkim eyni zamanda uşaqlar və COVID-19-la bağlı dünya təcrübəsindən olan faktları da qeyd edib:
- Uşaqlar az yoluxucudur. Aprel ayında Fransada keçirilmiş bir təcrübədə COVID-19 xəstə bir uşaq 172 nəfər insanla təmas edilmiş, ancaq onların heç birində yoluxma qeydə alınmamışdır.
- İspaniyada yay düşərgəsində 1900 nəfər (uşaqlar daxil) arasında virusun necə yayıldığı müşahidə edilmiş və uşaqların yoluxdurma əmsalının 0.2 olduğu, böyüklərdə isə bu rəqəmin 1.7-2 arasında olduğu təsbitləndi.
- Ümumdünya Səhiyyə Təşkilatı yalnız 12 yaşdan yuxarı uşaqların maska taxmasını lazım bilmişdir. Bu o deməkdir ki, 12 yaşadək uşaqlar xəstəliyin yayılmasında ciddi rol oynamır.
- Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Dr.T.A.Qebreyesus da bildirmişdir ki, "uşaqların, gənclərin üzərində ən pis nəticələr gözə alındığında məktəblərin bağlanması ən son çarə olmalıdır".
- ÜST- ün verdiyi məlumata görə dünya üzrə COVID-19-a yoluxma hallarının 10% - dən azı, ölüm hallarının isə yalnız 0.2%-i 20 yaş altındakı insanların payına düşür.
- İngiltərədə aparılan uzunmüddətli araşdırmalara görə, uşaqların evdə qalmaqdan COVID-19 virusundan daha çox zərər gördüyü təsdiqlənmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi