azia.az
azia.az

"Amma mənim əziz günümün xatirəsini məhv etdin ha.Onu halal etmirəm !" ŞİKAYƏT

24-09-2020, 16:04

"Amma mənim əziz günümün xatirəsini məhv etdin ha.Onu halal etmirəm !" ŞİKAYƏT

Azia.Az xəbər verir ki, sosiual şəbəkə istifadəçisi Aytəkin Bəşirova "heydarov group foto" şirkətinin yaramaz işindən və onların əziz gününün xatirəsini məhv etdiyindən şikayətlənir. Aytəkin xanım öz şikkayətində yazır:
Salam.Düzdür gecikmiş şikayətdir amma qrupla yeni tanışam deyə yenə də yazıram.Qəbul edib -etməmək sizə qalıb.Uyğundursa edərsiniz.

2016-cı ildə toyumuz olub.Biz paket şəklində heydarov group foto şirkəti ilə anlaşdıq.
Əslində gəlib salonda çəkilişə başlamalı idilər,xına və qız toyu bir də oğlan toyunda ancaq evdə çəkilməli idi.
Salonu sonra ləğv etdik.Xınaya xanım fotoqraf göndərdilər.Çox gözəl fotosessiya etdi,sonra qız toyu evdə ,parkda restoranda fotosessiya olundu,oğlan toyuna başqa bəy fotoqraf gəldi.O da qəşəng fotossesiya etdi.Şəkillərə baxdım ,istəmədikləri sildirdim.Dedilər 1 həftəyə işləyəcik gəlib götürərsiz.

Qız toyunda toyun içində atama deyiblər ödəyə bilərsiniz ödənişi?Atam da sorğulamayıb ,başqarışıqlığı ödəyib pulu.
Əslində şəkilləri götürəndə veriləsi idi pul.
Atamın pul verməyini sonradan bildik.Əslində yoldaşım verəcəkdi pulu.

Nə isə, toydan 1 həftə müddətində əlaqə saxladıq ,elə hər gün dedilər göndərəcik.Hər cür vasitə ilə çalışdıq şəkilləri alaq.Lap silinsə belə şəkillər ayrı -ayrı fotoaparatlarla çəkilib necəsə qaytarmaq olardı yəqin.
Fotosesiyaya gəlməsələr pulu alıb qaçsalar,anlayardım.Heç işləməkləri də lazım deyildi.Eləcə versinlər deyə çox dirəşdik.Olmadı.
Bu şəxsi kimsə tanıyırsa bircə bunu desin ki niyə vermədilər şəkilləri.
Ofisləri bağlı idi 1 ay sonra biz gedəndə.Heç bir nömrəyə zəng çatmadı.
Oğlanın (müdirin ) bütün sosial şəbəkə profillərinə yazdıq ,özünü bilməməzliyə qoydu ki aydınlaşdırıb deyəcəm.
Amma işçiləri onun ünvanınacan verdilər mənə ,sadəcə istəmədim yoldaşım problem yaşasın ona görə qoymadım getməyə.

Əlibəy Heydərov.Heç nə demirəm.Pulu da halal edirəm.Amma mənim əziz günümün xatirəsini məhv etdin ha.Onu halal etmirəm !
Azia.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi